Close

“Zibil” eksponat- Atılmaqdan son anda xilas edildi

Fransız rəssam Aleksandr Lavetin Hollandiyada bir muzeydə nümayiş etdirilən "Birlikdə keçirdiyimiz bütün yaxşı vaxtlar"(All The Good Times We Spent Together) əsəri təmizlik işçisi tərəfindən zibil olduğu düşünülərək atılarkən təsadüfən xilas edilib.

TNS xəbər verir ki, bu barədə APF məlumat yayıb.

Əsər iki boş metal pivə qutusundan ibarətdir.

Hollandiyanın qərbindəki Lisse şəhərindəki LAM muzeyinin sözçüsü Froukje Buddinq nəşrə bildirib ki, sənət əsərləri çox vaxt qeyri-adi yerlərdə qalır və sözügedən əsər liftdə sərgilənir. O əlavə edib ki, onlar həmişə ziyarətçiləri təəccübləndirməyə çalışırlar.

Muzeyin kuratoru qısa fasilədən qayıtdıqdan sonra qutuların yoxa çıxdığını görüb. Onları zibil qutusuna atmaq istəyən işçinin əlindən son anda alıb.

Kuratorun sözlərinə görə, təmizlik işçisinə heç bir cəza verilməyib, çünki o, sadəcə olaraq öz işini görüb.