Close

Türkiyə vətəndaşları Livandan çıxarılır

Türkiyənin Xarici İşlər Nazirliyi Livandakı Türkiyə vətəndaşlarının təxliyəsi ilə bağlı açıqlama yayıb. Açıqlamada bildirilib ki, Livanı tərk etmək üçün müraciət edən vətəndaşların dəniz yolu ilə təxliyyəsi oktyabrın 9-da həyata keçiriləcək.

TNS xəbər verir ki, Türkiyə Dəniz Qüvvələrinə məxsus iki gəminin bu gün Beyruta yola düşəcəyi gözlənilir. Gəmilərin ümumi tutumu təxminən 2 min sərnişindir.

Qeyd olunub ki, evakuasiya gəmiləri Livana humanitar yardım aparacaq.