Close

İsrail ordusu “Hizbullah”ın qərargah rəisini öldürdü

İsrailin Müdafiə Ordusu Beyrutdakı “Hizbullah” qərargahının komandirlərindən birinin öldürüldüyünü açıqlayıb.

TNS TASS-a istinadən xəbər verir ki, İsrail Hərbi Hava Qüvvələrinin endirdiyi zərbə nəticəsində "Hizbullah"ın qərargah komandiri Süheyl Hüseyn Hüseyni öldürülüb.

Məlumata görə, o, İrandan logistika və silah tədarükünə, həmçinin “Hizbullah” bölmələrinə silah paylanmasına cavabdeh olub.