Close

Yaxın həftələrdə İsrail ilə İran arasında eskalasiya riski yüksəkdir

“Yaxın həftələrdə Yaxın Şərqdə münaqişənin regional miqyasda daha da kəskinləşməsi riski var”.

TNS xəbər verir ki, bunu ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns bəyan edib.

Börns bildirib ki, həm İsrail, həm də İran liderləri genişmiqyaslı müharibəyə can atmasalar da, eskalasiya riski yüksəkdir. Belə ki, münaqişə İsraillə Livanda “Hizbullah” təşkilatı arasında qarşıdurmanın kəskinləşməsi fonunda, eləcə də İranın İsrailə son raket hücumundan sonra davam edir.

“Biz ciddi nəticələrə səbəb ola biləcək qəsdən toqquşmaların və anlaşılmazlıqların potensialını görürük. ABŞ üçün ən vacib vəzifə vəziyyətin daha da pisləşməsinin qarşısını almaqdır”.

MKİ direktoru həmçinin qeyd edib ki, İsrailin İranın raket hücumuna necə cavab verməsi ilə bağlı qərarının qlobal bazarlar da daxil olmaqla mühüm nəticələri olacaq.