Close

23:11
07 Oktyabr 2024

Bu ölkədə hər gün 75 qətl törədilir

Cənubi Afrika Respublikasının cənubunda yerli könüllü dəstəsinin üzvü olan 6 nəfər öldürülüb.

TNS xəbər verir ki, bu barədə Şərqi Keyp əyalətinin polis sözçüsü Majola Nkohli məlumat verib.

Belə ki, oktyabrın 7-nə keçən gecə tüfəng və tapança ilə silahlanmış səkkiz nəfərdən ibarət qrup Qodini kəndindəki orta məktəb binasının içərisində olan patrul dəstəsinə hücum edib.

Hücumda altı könüllü öldürülüb, daha dörd nəfər yaralanıb. Polis cinayəti törətməkdə şübhəli bilinən şəxslərin kimliyini müəyyən edib.

İlkin məlumata görə, hücum edənlər mal-qara oğurluğu ilə məşğul olan dəstənin üzvləri ola bilərlər.

“Yerli Demokratik Alyans” partiyasının məlumatına görə, 2024-cü ildə ölkədə hər gün orta hesabla 75 qətl hadisəsi baş verir.