Close

23:11
07 Oktyabr 2024

Gürcüstanın Baş nazirindən Rusiya ilə bağlı açıqlama

Rusiya ilə münaqişənin həlli yaxın illər üçün ölkənin ən mühüm prioritetlərindən biridir.

TNS xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının seçki proqramını təqdim edərkən deyib.

"Praqmatik siyasət və Rusiya ilə münaqişənin sülh yolu ilə həlli də ən mühüm prioritetlərdən biridir", - Kobaxidze bildirib.

Bundan əvvəl Kobaxidze qeyd edib ki, 2014-cü ildə Ukraynada “Maydan” adlanan çevriliş ölkəni məhv edib. Gürcüstan hakimiyyəti isə respublikada “Maydan” və “Ukraynalaşma”nın qarşısını almaq üçün hər şeyi edəcək.