Close

23:11
07 Oktyabr 2024

Niderland millisinin sabiq futbolçusu vəfat etdi

Niderland millisinin əfsanəvi futbolçusu Yohan Neeskensin vəfat edib.

TNS xəbər verir ki, bu barədə Niderland Futbol Federasiyası məlumat yayıb. 

Neeskensin ötən gün Əlcəzairdə Niderland Futbol Assosiasiyasının keçirdiyi tədbirdə xəstələnib. O, xəstəxanaya aparılsa da, həkimlər həyatını xilas edə bilməyib. Keçmiş futbolçu 73 yaşında dünyasını dəyişib. 

Neeskensin Niderland millisinin heyətində 49 matçda 17 qol vurub. Milli komanda ilə o, 2 dəfə dünya çempionatının gümüş mükafatçısı olub, (1974, 1978), Avropa Çempionatında (1976) bürünc medal qazanıb.