Close

23:11
07 Oktyabr 2024

İsrail Qəzzada hərbi əməliyyatların dayandırılması şərtini açıqlayıb

Fələstinin “HƏMAS” hərəkatı anklavda saxlanılan girovları azad etsə, İsrail Qəzza zolağında əməliyyatı dayandıracaq.

TNS xəbər verir ki, bu barədə jurnalistlərə İsrailin BMT-dəki daimi nümayəndəsi Denni Danon məlumat verib.

“Bu bir möcüzə olacaq və mən inanıram ki, girovların azad edilməsi Qəzzada fəaliyyətimizə son qoyacaq. Əslində, HƏMAS girovları azad etsə, bu sabah səhər baş verə bilər, amma təəssüf ki, bunun həyata keçəcəyinə ümidli deyiləm”, - deyə o fikrini tamamlayıb.