Close

23:11
07 Oktyabr 2024

“Ukranyanın ərazilərini azad etməsi real görünmür”

“Müharibə başlayandan nə Rusiya işğalçı planını həyata keçirə, nə də Ukrayna ərazi bütölüyünü bərpa edə bilir. Belə olduğu təqdirdə Krım da daxil olmaqla, Ukranyanın ərazilərini azad etməsi reallıqdan uzaq görünür”.

Bunu TNS-ə politoloq Kazım Kazımov deyib.

Onun sözlərinə görə, Ukranya ordusu iki ildən artıqdır, torpaqlarını Rusiyaya qarşı müdafiə edir, bəzən uğurlu əməliyyatlar keçirir: "Ukranyanın beynəlxalq səviyyədə tanınan ərazisi var. Lakin mövcud şərtlər, real vəziyyət Ukranyanın ərazi bütövlüyünü bərpa etməsinə imkan vermir. Hazırda hər iki ölkənin vəziyyəti gərgindir. Rusiya bu gün kifayət qədər güclü ölkədir, nüvə silahına malikdir. Amma bu müharibənin nəticələrinin onun xeyrinə olacağını demək mümkün deyil”.

Politoloqun fikrincə, Ukrayna Prezidenti Volodimir Zelenski sülh prosesi üçün qəsdən elə şərtlər irəli sürür ki, gələcəkdə danışıqlar olacağı təqdirdə tələblərinin reallaşmasına zəmin yarada bilsin.

Ayşən Azadova