Close

21:10
07 Oktyabr 2024

70 yaşlı qadının iş müraciətinə 48 ildən sonra cavab gəlib

Lincolnshire ştatından olan 70 yaşlı Tizi Hodson iş müraciətinin cavabını düz 48 il sonra alıb.

TNS xarici mediaya istinadən xəbər verir ki, 1976-cı ildə motosiklet kaskadyoru olmaq üçün müraciət edən Hodsonun məktubu təxminən yarım əsr poçt qutusunda unudulub.

Bu yaxınlarda aldığı cavab məktubunun üzərindəki qeyd Hodsonu təəccübləndirib.

"Steyn poçt şöbəsi tərəfindən gec çatdırılma. Məktubunuz bir çəkməcənin arxasında tapılıb. Sadəcə təxmini 50 illik gecikmə",- qeyddə deyilir.

Bu gecikmə Hodsonun karyerasına mane olmayıb.

4-5 ölkə, 50 dəfədən çox ev dəyişən, Afrikaya köçüb ilan baxıcısı və at təlimçisi kimi çalışan, uçmağı öyrənib akrobatik pilot olan 70 yaşlı qadını məktubun ona necə gəlib çatması da düşündürür.