Close

21:10
07 Oktyabr 2024

İsrail Haşim Səfi əd-Dinin ölümünü təsdiq edə bilmir

İsrail Hizbullah lideri Haşim Səfi əd-Din öldürülüb-öldürülmədiyini təsdiq edə bilmir.

TNS xəbər verir ki, bu barədə hökumət sözçüsü David Mencer bugünkü brifinqdə deyib.

"Hələlik bu barədə təsdiqimiz yoxdur. Təsdiqləndiyi zaman IDF-in (İsrail Müdafiə Qüvvələri) saytında bu haqda məlumat olacaq”, - sözçü bildirib.