Close

Putin və Ərdoğan arasında telefon danışığı olub

Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

TNS xəbərə verir ki, bu barədə Kreml məlumat yayıb.

Ərdoğan telefon danışığı zamanı Vladimir Putini ad günü münasibətilə təbrik edib.

Liderlər Rusiya-Türkiyə münasibətlərinin konstruktiv xarakterindən məmnun olduqlarını və bundan sonra da sıx əməkdaşlığa hazır olduqlarını bildiriblər. Bir çox aktual ikitərəfli və beynəlxalq məsələlər, o cümlədən Yaxın Şərqdəki hadisələr müzakirə edilib.

Qeyd olunub ki, Kazanda keçirilən BRİCS sammiti zamanı Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında ayrıca görüşün keçirilməsi barədə razılığa gəlinib.