Close

14:50
07 Oktyabr 2024
14:43
07 Oktyabr 2024
13:20
07 Oktyabr 2024

Qazaxıstanda bunkerdə faciə, ölənlər var

Qazaxıstanın Kostanay vilayətinin Rudnıy şəhərində 4 işçi ölüb.

TNS Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, bu barədə vilayətin Fövqəladə Hallar Departamenti məlumat yayıb.

Onların dərinliyi 5 metr olan bunkerdə təmizləmə işləri apardıqları bildirilib.

“Fövqəladə Hallar Departamenti, polis və təcili tibbi yardım xidmətinin əməkdaşları dərhal hadisə yerinə gəliblər. Xilasedicilər işçilərin meyitlərini bunkerdən çıxarıblar”, - məlumatda qeyd olunub.

Hadisənin baş vermə şəraiti müəyyənləşdirilir. İşçilərin ölüm səbəbləri hələlik məlum deyil.

Vilayət prokurorluğu polisin ibtidai araşdırmaya başladığını bildirib.