Close

13:20
07 Oktyabr 2024
11:52
07 Oktyabr 2024

Qazaxıstanda referendum keçirildi - Xalq "hə" dedi

Qazaxıstanda ölkənin ilk atom elektrik stansiyasının tikintisi ilə bağlı ötən gün keçirilən referendumun nəticələri açıqlanıb.

TNS-in məlumatına görə, ölkənin Mərkəzi Seçki Komissiyası referendumu baş tutmuş sayıb.

Səsvermədə seçicilərin 63,66 faizi iştirak edib. 5,5 milyon vətəndaş (71,12%) atom elektrik stansiyasının tikintisinə, 2 milyon (25,86%) nəfər isə əleyhinə səs verib. 130 min bülleten etibarsız sayılıb.

Referendumda seçicilərdən “Siz Qazaxıstanda atom elektrik stansiyasının tikintisi ilə razısınızmı?” sualı soruşulub. Qazaxıstan xarici işlər nazirinin müavini Roman Vasilenko bildirib ki, beynəlxalq müşahidəçilər heç bir qanun pozuntusunu qeydə almayıblar.

Atom elektrik stansiyalarının tikintisində texnologiya təchizatçıları kimi iştirak etməyə iddialı olan şirkətlər arasında Rusiyanın “Rosatom” dövlət korporasiyası, Çinin CNNC, Cənubi Koreyanın KHNP və Fransanın EDF şirkəti var. Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bildirib ki, vətəndaşlar layihəni bəyənərsə, beynəlxalq konsorsium işə cəlb ediləcək.