Close

21:00
06 Oktyabr 2024

"Biz ABŞ-nin ştatı deyilik" - Gürcüstandan SƏRT AÇIQLAMA

Ölkəmiz ingiliscə “Georgia” adlansa da, biz ABŞ-nin ştatı deyilik.

TNS xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.

O, ABŞ-nin Gürcüstan vətəndaşlarına qarşı tətbiq etdiyi sanksiyalar haqqında danışıb.

“Kənardan heç kim Gürcüstanın daxili işlərinə ədalət nöqteyi-nəzərindən müdaxilə edə bilməz. Əgər onların hansısa Gürcüstan vətəndaşı ilə bağlı iddiaları, sübutları varsa, onları təqdim etməlidirlər. Lakin bunu edə bilmirlər. Buna görə də bu qərar tamamilə özbaşına və əsassızdır,” - Şalva Papuaşvili bildirib.