Close

21:00
06 Oktyabr 2024

Niderland F-16-ların ilk partiyasını Ukraynaya təhvil verib

Niderland F-16-ların ilk partiyasını Ukraynaya çatdırıb.

TNS xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Ruben Brekelman “X” sosial şəbəkəsində yazıb.

“Rəsmi olaraq bəyan edə bilərəm ki, ilk Niderland F-16-ları Ukraynaya çatdırılıb”, - Müdafiə Nazirliyinin rəhbəri bildirib.

O əlavə edib ki, vəd edilən 24 qırıcının qalan hissəsi də yaxın aylarda Ukraynaya göndəriləcək.