Close

21:00
06 Oktyabr 2024

İsrailin şimalındakı üç bölgə qapalı zona elan edildi

İsrail Müdafiə Qüvvələri (IDF) ölkənin şimalındakı Manara, İftah və Malkiya bölgələrini qapalı hərbi zona elan edib.

TNS xəbər verir ki, ordunun mətbuat xidmətinin məlumatına görə, müvafiq qərar mövcud vəziyyətin qiymətləndirilməsindən sonra qəbul edilib.

"Bu ərazilərə giriş qadağandır", - deyə mətbuat xidmətinin məlumatında bildirilir.