Close

21:00
06 Oktyabr 2024

Bu gecə İran aeroportlarından uçuşlar dayandırılacaq

İran Mülki Aviasiya Təşkilatı ölkə ərazisindəki bütün aeroportlardan uçuşları 6 oktyabr saat 21.00-dan 7 oktyabr saat 06.00-a qədər ləğv edib.

TNS-in xəbərinə görə, bu barədə İSNA İran Mülki Aviasiya Təşkilatına istinadən məlumat yayıb.

Qeyd edilib ki, əməliyyat məhdudiyyətləri ilə əlaqədar olaraq, ölkənin hava limanlarından uçuşlar bu gün saat 21:00-dan sabah saat 06:00-a qədər ləğv ediləcək.