Qəzzada yaralanan İsrail əsgəri dünyasını dəyişib
8
19:50 - 06 Oktyabr 2024
Qəzzadakı döyüşdə yaralanan İsrail əsgəri dörd ay sonra dünyasını dəyişib.
TNS xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.
Ordunun məlumatına görə, 8-ci briqadada xidmət edən ehtiyatda olan 28 yaşlı serjant Nir Hadad iyunun 15-də Qəzza zolağının şimalında gedən döyüş zamanı ağır yaralanıb.
İsrail Ordusu, həmçinin oktyabrın 6-da Qəzza zolağının şimalında baş verən toqquşmalarda daha üç əsgərin ağır yaralandığını bildirib. Onların hamısı xəstəxanaya yerləşdirilib.