Close

Ən yüksək maaş alan dövlət başçıları- SİYAHI

Dövlət başçılarının ay ərzində nə qədər əməkhaqqı aldığı, illik qazancının nə qədər olduğu hər zaman maraq kəsb edən mövzulardandır.

TNS xəbər verir ki, hər il olduğu kimi, “Forbes” jurnalı bu il də dünya liderlərinin gəlirləri ilə bağlı siyahı hazırlayıb.

Nəşrin məlumatına görə, hazırki dünya liderləri arasında bir milyonçu var- Sinqapurun Baş naziri Lourens Vonq. Onun illik maaşı demək olar ki, 1,69 milyon dollara bərabərdir.

O, gəlirlərinə görə ikinci yeri tutan İsveçrə Prezidenti Viola Amherdi xeyli qabaqlayır. İsveçrə lideri ildə 570 min dollar qazanır.

Reytinqdə üçüncü yeri Avstraliyanın Baş naziri Entoni Albaniz, dördüncü yeri isə ABŞ Prezidenti Co Bayden tutur.

Siyahıda növbəti yerləri Avstriya kansleri Karl Nehammer, Yeni Zelandiyanın baş naziri Kristofer Lakson, Kanadanın baş naziri Castin Trüdo, Almaniya kansleri Olaf Şolts və Yaponiyanın Baş naziri Şiqeru İşiba tutur.

İrlandiyanın Baş naziri Saymon Harris ən zəngin liderlərin onluğunu tamamlayır.

960x0