Close

Qalantdan İrana tövsiyə: "Qəzza və Beyruta nəzər salın"

"Tehran yəhudi dövlətinin ərazisinə yeni hücum etmək niyyətinə düşərsə, İsrailin Qəzza zolağı və Beyrutdakı hava zərbələrinin nəticələrinə baxsın".

TNS xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qalant Nevatim hava bazasına səfəri zamanı deyib.

"İran İsrail Hərbi Hava Qüvvələrinin imkanlarına belə toxunmayıb - heç bir eskadrilya vurulmayıb, heç bir təyyarə zədələnməyib, bir dənə də olsun, uçuş-enmə zolağı zərər görməyib, əməliyyatlarımızda heç bir geriləmə olmayıb. İsrailə zərər vurmaq cəhdinin bizim hərəkətə keçməyimizə mane ola biləcəyini düşünən hər kəs Qəzza və Beyrutdakı əməliyyat nailiyyətlərimizə nəzər salmalıdır”, - deyə Qalant bildirib.

Nazir vurğulayıb ki, İsrail həm müdafiədə, həm də hücumda güclüdür.

O əlavə edib ki, İranın hücumuna cavab seçilmiş üsula uyğun olaraq, uyğun yerdə və lazımi vaxtda veriləcək.