Close

Araqçı Bəşər Əsədlə Livana dəstəyi müzakirə etdi

Suriya Prezidenti Bəşər Əsəd Dəməşqdə səfərdə olan İranın xarici işlər naziri Abbas Araqçını qəbul edib.

TNS xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Məlumata görə, şənbə günü Dəməşqdə keçirilən görüşdə tərəflər İsrailin zərbələri nəticəsində didərgin düşmüş Livan xalqına dəstək verilməsinin vacibliyini vurğulayıblar.

Qeyd edək ki, Araqçı Suriyadan əvvəl Livanda səfərdə idi.