Close

12:10
06 Oktyabr 2024

İsmayıl Qaaninin öldürüldüyü iddia edilir

Şənbə günü İranın İsraildən əks-zərbə gözlədiyi vaxt yüksək rütbəli iranlı məmurlar və KİV nümayəndələri eyni sualı verdilər - SEPAH-ın Qüds qanadının komandiri İsmayıl Qaani haradadır?

TNS xəbər verir ki, bu barədə “New York Times” məlumat yayıb.

Nəşr bildirib ki, İranın rəsmi şəxsləri bu suala hələ də dəqiq cavab verməyiblər.

“İctimaiyyət generalımızın sağ-salamat olması xəbərini gözləyir”, - “Tabnak” nəşri yazıb.

Qeyd edək ki, İsrailin Beyruta hücumları zamanı SEPAH-ın Qüds qanadının komandiri İsmayıl Qaaninin yaralandığı ilə bağlı məlumat yayılmışdı. Qüds briqadası da generalın harada olması ilə bağlı heç bir açıqlama verməyib.