Close

12:10
06 Oktyabr 2024

"Tramp məğlub olsa, ABŞ birpartiyalı sosialist ölkəyə çevriləcək"

Əgər prezident seçkilərində Donald Tramp məğlub olarsa, Demokrat Partiyası qeyri-leqal miqrantları kütləvi surətdə leqallaşdıracaq.

TNS-in xəbərinə görə, bunu amerikalı milyarder iş adamı İlon Mask X sosial şəbəkəsində paylaşımında bildirib.

“SpaceX” şirkətinin və X sosial şəbəkəsinin sahibi olan iş adamı qeyd edib ki, bu halda o qədər qeyri-leqal miqrant leqallaşdırılacaq ki, hər hansı tərəddüd müşahidə olunacaq ştat qalmayacaq və ABŞ birpartiyalı sosialist ölkə olacaq.

Qeyd edək ki, İlon Mask prezident seçkilərində Donald Trampı dəstəkləyir.