Close

12:34
06 Oktyabr 2024
12:10
06 Oktyabr 2024

Ölən fələstinli və israillilərin sayı açıqlanıb

Sentyabr ayında İordan çayının qərb sahilindəki yaşayış məntəqələrində 43 fələstinli ölüb, 345 nəfər yaralanıb.

TNS-in xəbərinə görə, bu barədə BMT-nin Fələstindəki Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsi məlumat yayıb.

Bu müddət ərzində 4 israilli ölüb, 5-i yaralanıb.

Ümumilikdə 2023-cü ilin yanvarından İordan çayının qərb sahilində 895 nəfər ölüb, 14,3 min nəfər yaralanıb.