Close

Beyrut aeroportu fəaliyyətini bərpa edib

İsrailin ətraf ərazilərə endirdiyi hava zərbələri nəticəsində Beyrut Beynəlxalq Hava Limanının infrastrukturunun bir hissəsinin elektrik enerjisiylə təchizatı dayanıb.

TNS-in xəbərinə görə, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.

Artıq elektrik enerjisi təchizatı bərpa olunub və aeroport fəaliyyətini davam etdirir.

Qeyd edək ki, bu, Beyrutda yeganə hava limanıdır.