Close

19:54
05 Oktyabr 2024

Gün ərzində 5615 nəfər Suriyaya keçib

Gün ərzində Livandan Suriya sərhədini 5,6 mindən çox insan keçib.

TNS TASS-a istinadən xəbər verir ki, bunu Suriyadakı Rusiya Müharibə Tərəflərinin Barışıq Mərkəzinin rəhbərinin müavini Oleq İqnasyuk deyib.

Onun sözlərinə görə, “Əl-Arida”, “Əl-Cəvasiya”, “Əd-Dəbuhiya”, “Cəsr əl-Qəmər”, “Ceydut-Yəbus” keçid məntəqələri vasitəsilə Livan ərazisinə 5615 nəfər keçib.