Close

19:54
05 Oktyabr 2024

Netanyahudan Makrona sərt cavab- Ayıb olsun!

Fransa Prezidenti Emmanuel Makronun Qəzzadakı münaqişənin həlli üçün İsrailə silah tədarükünü dayandırmağa çağıran bəyanatı biabırçılıqdır.

TNS xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ingilis dilində yayımlanan video mesajında bildirib.

Netanyahu ölkəsinin Qərbin köməyi olmadan belə bütün rəqiblərini məğlub edəcəyini deyib.

"İsrail İranın başçılıq etdiyi qüvvələrlə mübarizə apararkən, bütün sivil ölkələr İsrailin yanında möhkəm dayanmalıdırlar. Bununla belə, prezident Makron və bəzi digər Qərb liderləri indi İsrailə silah embarqosu tətbiq etməyə çağırırlar. Onlara ayıb olsun", - baş nazir qeyd edib.