Close

19:54
05 Oktyabr 2024

“Şindlerin siyahısı”nın rəqəmsallaşdırılmış versiyası nəşr olunub

Almaniyada “Şindlerin siyahısı”nın rəqəmsallaşdırılmış versiyası nəşr olunub.

TNS xəbər verir ki, Almaniya Federal Arxivi Oskar Şindlerin virtual sərgisini təqdim edib.

Şindler İkinci Dünya Müharibəsi zamanı 1200 yəhudini konslagerlərdə ölümdən xilas etməsi ilə məşhurdur.

Qeyd edək ki, Oskarın 25 il əvvəl Hildesheimdəki evinin çardağından çamadan tapılıb. Orada yeddi minə yaxın sənəd və fotoşəkil, o cümlədən sahibkarın 1943-cü ildə nasistlər tərəfindən işğal olunmuş Krakovdakı fabrikində işləmək üçün işə götürdüyü insanların adlarını əks etdirən “Şindler siyahısı”nın surəti var idi.

Bu gün həmin tapıntı Qüdsdəki Yad Vaşem İsrail Holokost Muzeyində saxlanılır.

csm_N_1493_42_0002_4b64db37ab