Close

19:54
05 Oktyabr 2024

İran İsrailin iki hərbi hava bazasını vurub- Haqaridən etiraf

İsrail ordusu İran raketlərinin iki İsrail hərbi hava bazasını vurduğunu etiraf edib.

TNS “The Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Haqari bildirib.

Haqarinin sözlərinə görə, oktyabrın 1-i axşam saatlarında Nevatim və Tel Nof bazalarına zərbələr endirilib, lakin onlar İsrail Hərbi Hava Qüvvələrinin təyyarələrinə və imkanlarına təsir etməyib. İndi hər iki baza tam fəaliyyət göstərir.

Sözçü qeyd edib ki, İsrail İranın hücumuna təxminən 200 raketlə cavab verəcək və bu, ordu lazım bildiyi zaman ediləcək.