Close

19:54
05 Oktyabr 2024

Bu ölkə çətin durumda: Gənclər arasında işsizlik rekord həddə çatıb

Çində 16-24 yaşlı insanlar arasında işsizlik səviyyəsi rekord həddə çatıb.

TNS xəbər verir ki, göstəricilər hər ay artmağa davam edir.

Tələbələr istisna olmaqla, 25-29 yaşlı şəxslər arasında işsizlik dörd aylıq maksimuma - 6,9 faizə çatıb.

Bir ay əvvəl bu göstərici 6,5 faiz təşkil edib. 30-59 yaşlı insanlar üçün isə bu rəqəm dəyişməyib.

Bu da ölkədə ciddi narahatlığa səbəb olub. Belə ki, ölkənin əsasını təşkil edən gənclərin çoxu işsizdir. Bu da iqtisadi böhran deməkdir.