Close

19:54
05 Oktyabr 2024

İsrailin hərbi zavoduna raket zərbəsi endirildi

"Hizbullah" İsrailin şimalında hərbi zavoda hücum edib.

TNS xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Bildirilib ki, hərəkatın qırıcıları Saxnin şəhərindəki "ATA Defence Industries" hərbi istehsalat kompleksinə raket zərbəsi endirib.

Xatırladaq ki, oktyabrın 5-i İsrail Müdafiə Qüvvələri (IDF) Beyrut ərazisində Livanın "Hizbullah" hərəkatının qərargahına və hərbi obyektlərinə yeni hücumlar təşkil etdiyini açıqlayıb.