Close

Məşhur aviaşirkət təyyarədə peycerləri qadağan etdi

“Emirates” aviaşirkəti bütün reyslərində peycer, ratsiya və analoji avadanlığın daşınmasının qadağan edilməsi barədə elan verib.

TNS xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Bildirilib ki, Dubay polisi sərnişinlərin əl yükündə və ya baqajında aşkar edilmiş cihazları müsadirə edəcək.

Qeyd edək ki, hələ sentyabrın 19-da Rafik Hariri adına Livan Beynəlxalq hava limanına və əks istiqamətə uçan sərnişinlərə Hizbullahın rabitə obyektlərinə kütləvi hücumdan sonra bütün reyslərdə peycer və ratsiyaların daşınması qadağan edilmişdi.

Xatırladaq ki, regional münaqişənin eskalasiyası səbəbindən aviadaşıyıcı ən azı 2024-cü il oktyabrın 8-dək Dubaydan Livana reysləri ləğv edib.