Close

Ramşteyn görüşündə Zelenski “qələbə planı”nı təqdim edəcək

Prezident Vladimir Zelenski Ramşteyn görüşündə Ukraynanın “qələbə planı”nı təqdim edəcək.

TNS xəbər verir ki, bu barədə Zelenski “X” platformasındakı paylaşımında bildirib.

O, bildirib ki, oktyabrın 12-də Almaniyanın Ramşteyn şəhərində müttəfiqlərinin növbəti görüşündə öz "qələbə planını" təqdim edəcək.

“Qələbə Plan müharibənin ədalətli sona çatması üçün aydın, konkret addımları" əks etdirəcək”- deyə Zelenski vurğulayıb.