Close

23:40
30 Sentyabr 2024
22:16
30 Sentyabr 2024
20:30
30 Sentyabr 2024

İsrail ordusu Livan ərazisinə daxil olub - YENİLƏNİB

İsrail ordusunun anonsunu verdiyi quru əməliyyatı çərçivəsində Livan ərazisinə daxil olduğu bildirilir.

TNS xəbər verir ki, yerli jurnalistlər xəbər verir ki, İsrailin zirehli texnikası Metula bölgəsində Livanla sərhədi keçib.

Göründüyü kimi, İsrail ordusu Livanın cənubunda dəfələrlə elan etdiyi quru əməliyyatlarını başladıb. 

Yerli media baş verənləri Üçüncü Livan Müharibəsi adlandırıb. Hazırda İsrail ordusunun istehkamçıları Livanın cənubunda maneələri aradan qaldırır.

23:20

İsrail Livanın cənubunu tanklardan kütləvi atəşə tutmağa başlayıb.

TNS xəbər verir ki, bu barədə Livanın MTV telekanalı məlumat yayıb.

Bildirilir ki, İsrailin ilk əsas hədəfi Livanın cənubunda 20 kilometrlik təhlükəsizlik zolağı yaratmaqdır.

Bundan əlavə, sərhəddə yerləşən BMT-nin Livandakı sülhməramlı qüvvələrinin (UNIFIL) təxliyə edilərək mövqelərini geri çəkdiyi barədə məlumatlar var.

Xatırladaq ki, ABŞ-nin Yaxın Şərqdəki bütün hərbi bazaları yüksək hazırlıq vəziyyətinə gətirilib.

İsrail Livanla sərhədi yaxınlığında "Hizbullah" hərəkatına qarşı hərbi əməliyyatlar keçirməsi barədə ABŞ-ni məlumatlandırıb.

Bu barədə ABŞ Dövlət Departamentinin Mətbuat Xidmətinin rəhbəri Metyu Miller jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.