Close

23:40
30 Sentyabr 2024
22:16
30 Sentyabr 2024
20:30
30 Sentyabr 2024

Hizbullahın yeni baş katibi seçiləcək

Müqavimət gücləri sionist rejimin quru əməliyyatına qarşı dayanmağa hazırdır.

TNS xəbər verir ki, bunu bir neçə gün öncə İsrail tərəfindən məhv edilən Hizbullah lideri Həsən Nəsrullahın müavini Naim Qasım deyib.

Onun sözlərinə görə, bir çox liderlərini itirməsinə baxmayaraq, Hizbullah Qəzza, Fələstin və Livana dəstəyini davam etdirəcək.

Qasım yaxın günlərdə Hizbullahın yeni baş katibinin seçiləcəyini bildirib.

Qeyd edək ki, qeyri-rəsmi məlumata görə, Hizbullahın baş katibi postuna Haşim Səfiəddin seçilib. Hələlik məlumat rəsmən təsdiqlənməyib.