Close

21:48
28 Sentyabr 2024

BMT-dəki çıxışı zamanı Lavrovun hədiyyəsini taxdı

İndoneziyanın xarici işlər naziri Retno Marsudi BMT Baş Assambleyasında çıxışı zamanı rusiyalı həmkarı Sergey Lavrovun ona hədiyyə etdiyi broşu taxıb.

TNS xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

ASEAN Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində danışıqlara başlamazdan əvvəl Marsudi Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın broşuna diqqət çəkərək, bəzəyi çox bəyəndiyini bildirib. Sergey Lavrov isə Rusiyanın İndoneziyadakı səfiri Sergey Tolçenov vasitəsilə Marsudiyə iki broş hədiyyə edib.

Retno Marsudi BMT tribunasından beynəlxalq ictimaiyyətə müraciət edərkən həmin broşlardan birini taxıb.

Rusiyanın İndoneziyadakı səfirliyinin məlumatına görə, ictimaiyyət hələ də diplomatın üzərində oxşar dizaynda olan ikinci broşu görməyib.

669550a8-b99_1