Close

21:48
28 Sentyabr 2024

Paris həyəcan təbili çalır: vəziyyət son dərəcə ciddidir

Paris Livandakı fransızların təhlükəsizliyindən narahatdır.

TNS BFMTV-yə istinadən xəbər verir ki, bu açıqlama ilə Fransanın Baş naziri Mişel Barnye çıxış edib.

“Biz faciəli hadisələri izləyirik və yerlərdəki soydaşlarımızın təhlükəsizliyindən də narahatıq”,- Barnye bildirib.

Baş nazirin sözlərinə görə, Livanda vəziyyət son dərəcə ciddidir.

Qeyd edək ki, ABŞ və Almaniya diplomatlarına Livanı tərk etmək barədə göstəriş verib.