Close

21:48
28 Sentyabr 2024

Bayden: “Nəsrullahın öldürülməsi ədalətlidir”

“Hizbullah” hərəkatının lideri Həsən Nəsrullahın öldürülməsini haqlı hesab edirəm.

TNS xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden deyib.

"Həsən Nəsrullah və onun rəhbərlik etdiyi "Hizbullah" terror qruplaşması yüzlərlə amerikalının qətlə yetirilməsindən məsuldur. Onun İsrailin hava hücumu zamanı ölümü minlərlə amerikalı, israilli və livanlı mülki vətəndaşlar da daxil olmaqla, çoxsaylı qurbanlar üçün ədalət ölçüsüdür”,- Amerika lideri bildirib.

Bayden ABŞ-nin İsrailin “Hizbullah”a qarşı özünü müdafiə etmək hüququnu tam dəstəklədiyi də əlavə edib.