Close

21:48
28 Sentyabr 2024

Rusiya bu ölkələrə müraciət etdi

Rusiya Ukraynada sülh təşəbbüsləri ilə çıxış edən ölkələri münaqişənin əsas səbəblərini aradan qaldırmağın zəruriliyini nəzərə almağa çağırıb.

TNS RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 79-cu sessiyasının ümumi siyasi müzakirəsində deyib.

“Biz tərəfdaşlarımızı mövcud vəziyyətin əsl səbəbləri ilə bağlı faktları nəzərə almağa çağırırıq. Bunları aradan qaldırmadan BMT Nizamnaməsinin prinsiplərinə əsaslanan ədalətli dünyaya nail olmaq mümkün deyil”, - diplomat bildirib.

O, həmçinin qeyd edib ki, Rusiya bir sıra ölkələrin Ukraynadakı təşəbbüslərin təşviqinə yönəlmiş səylərini yüksək qiymətləndirir.

XİN rəhbəri Rusiyanın Qərblə dialoqa açıq olduğunu və özünü bundan təcrid etmək fikrində olmadığını da vurğulayıb.