Close

21:48
28 Sentyabr 2024

Nijni Novqorod vilayətində yol qəzasında 3 nəfər ölüb

Rusiyanın Nijni Novqorod vilayətinin Turtapka kəndi yaxınlığında iki avtomobilin toqquşması nəticəsində üç nəfər ölüb.

TNS TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat verib.

“Nijni Novqorod vilayətində iki avtomobilin Turtapka kəndi ərazisində toqquşması nəticəsində 3 nəfər ölüb”, – məlumatda deyilib.

Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları işləyir.

Faktla bağlı araşdırma aparılır.