Close

Livandan Suriyaya qaçan insanların sayı 50 mini keçib

İsrailin “Hizbullah”ın hədəflərinə hücumlarının artırmasından sonra 50 mindən çox insan Livandan Suriyaya qaçıb.

TNS xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi məlumat verib.

Onun sözlərinə görə, 200 minə yaxın insan məcburi köçkün vəziyyətinə düşüb.

Qeyd olunur ki, sərhədi keçənlər həm Livan vətəndaşları, həm də Livanda qaçqın kimi yaşayan suriyalılardır.

Daha əvvəl BMT-nin Qaçqınlar üzrə Agentliyi cəmi 72 saat ərzində əksəriyyəti suriyalı olmaqla 30 mindən çox insanın Livandan Suriyaya qaçdığını bildirmişdi.