Close

Rusiya Ukraynanın 1 sutkada itkilərini açıqladı

Ukrayna Silahlı Qüvvələrinin bir gün ərzində itkiləri 1990 nəfər təşkil edib.

TNS xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda Rusiya hava hücumundan müdafiə qüvvələrinin bir gündə 4 HIMARS MLRS mərmisini və 43 Ukrayna pilotsuz uçuş aparatını vurduğu da bildirilib.

“Rusiya Silahlı Qüvvələri Ukrayna Silahlı Qüvvələrinin canlı qüvvəsi və texnikasının xüsusi əməliyyatlar zonasının 131 bölgəsində cəmləşdiyi yerə zərbələr endirib”, - Rusiya MN qeyd edib.