Close

Pakistanda helikopter qəzası: azı 6 nəfər həlak olub

Pakistanın şimalında çarter helikopterinin qəzaya uğraması nəticəsində ən azı 6 nəfər həlak olub.

TNS xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. 

Agentliyin məlumatına görə, helikopteri ölkənin şimalındakı Hayber Paxtunxva əyalətində özəl şirkət kirayələyib.

Helikopter havaya qalxdıqdan az sonra Əfqanıstan sərhədi yaxınlığındakı qeyri-sabit Şimali Vəziristan bölgəsində qəzaya uğrayıb.