Close

Aİ aviaşirkətləri Livan və İsrail hava məkanında uçuş etməməyə çağırdı

Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi aviaşirkətlərə Livan və İsrail hava məkanında uçuşlardan çəkinməyi tövsiyə edib.

TNS bu barədə agentliyin məlumatına istinadən xəbər verir.

“Mövcud şəraitdə Avropa Komissiyası və Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi Livan və İsrailin hava məkanında uçuşlar həyata keçirməməyi tövsiyə edən bülleteni dərc etməyi qərara alıb”, - agentlik vurğulayıb.

Qurum bu tövsiyəni İsraillə “Hizbullah” arasında münaqişənin kəskinləşməsi fonunda verib.