Close

ABŞ-da güclü qasırğa: 43 nəfər öldü

ABŞ-da Helen qasırğası zamanı azı 43 nəfər ölüb.

TNS xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məlumata görə, ölənlərin əksəriyyəti Cənubi Karolina və Corciya ştatlarında qeydə alınıb. Florida, Şimali Karolina və Virciniya ştatlarında da ölüm hallarının baş verdiyi bildirilir.

Hazırda fövqəladə vəziyyət zonasından əhali təxliyə edilir.

Qeyd edək ki, hələ də davam edən qasırğa sentyabrın 26-da başlayıb. Küləyin sürəti 225 km/saata çatıb.