Close

Teleaparıcı: “Bu valideynlər güllələnməlidir”

Rus dilində filmə baxan və ya yüksəs sələ mahnı ifa edən valideynlər güllələnməlidir.

TNS “Sputnik Litva”ya istinadən xəbər verir ki, bunu litvalı teleaparıcı Alqis Ramanauskas deyib.

“Gəlin elə bir ailə təsəvvür edək ki, ata yüksək səslə rus filminə baxır, ana isə rus musiqisinə qulaq asır. Məsələ ondadır ki, əvvəlcə nə etmək lazımdır? Uşaqları aparıb, sonra valideynləri öldürmək və ya uşaqların gözü qarşısında onları güllələmək... Əlbəttə, əvvəlcə uşaqları aparın, sonra valideynləri güllələyin. Uşaqları belə insanların əlindən almaq lazımdır”, - Ramanauskas bildirib.

Qeyd olunur ki, Ramanauskas düşmənçilik və nifrət doğuran birdən çox bəyanatla “məşhurlaşıb”.

Məlumata görə, Seymin deputatı Minqaduqas Puidokas artıq polislə əlaqə saxlayıb, Seymin spikeri və Xarici İşlər Nazirliyinin rəhbərindən aparıcının fikirlərini qiymətləndirməyi tələb edib.