Close

Lapşin Belarusun tələbi ilə saxlanılıb

İrəvan hava limanında saxlanılan israilli bloger Aleksandr Lapşin sərbəst buraxılıb.

TNS Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə onun vəkil Ruben Melikyan bildirib.

Onun sözlərinə görə, Lapşin Belarusun tələbi ilə saxlanılıb.

Melikyan deyib ki, Lapşinin saxlanılması və sonradan azad edilməsi ilə bağlı vəsatət Ermənistan prokurorluğu tərəfindən qəbul edilib.

Ermənistan baş prokurorunun müşaviri Lusine Martirosyan Lapşinin Belarusun hüquq-mühafizə orqanları tərəfindən axtarışda olması əsasında saxlanıldığını təsdiqləyib.