Close

“TikTok” Rusiyanın “Sputnik” dövlət agentliyinin hesablarını silib

Çinin "TikTok" sosial şəbəkəsi Rusiyanın “Sputnik” dövlət agentliyinin hesablarını silib.

TNS-in RT telekanalına istinadən verdiyi xəbərə görə, uzaq xarici ölkələr üçün nəzərdə tutulan 11 səhifə - “Sputnik Serbiya”, “Sputnik Afrikque”, “Sputnik Afrika”, “Sputnik Braziliya”, “Sputnik Mundo” və “Sputnik İndoneziya” və digərləri silinib.

Bundan əlavə, “Sputnik Ermənistan”, “Sputnik Belarus” kimi yaxın xarici ölkələr üçün nəzərdə tutulan 25 səhifə də deaktiv edilib.

“TikTok” rəhbərliyi qərarın səbəblərini açıqlamayıb.