Close

İran ən yeni “Şahed”lərini nümayiş etdirdi

İran yeni “Şahed-136B” pilotsuz uçuş aparatlarını nümayiş etdirib.

TNS xəbər verir ki, yeni kamikadze PUA-lar bu gün İran-İraq müharibəsinin başlanması münasibətilə Tehranda keçirilən hərbi paradda nümayiş olunub.

İran mediasının məlumatına görə, onlar aerodinamik dizaynı dəyişdirildiyi üçün standart "Şahed-136"dan ciddi şəkildə fərqlənir.

Qeyd edilib ki, pilotsuz uçuş aparatları 2500 km-dən çox məsafədə nəzərdə tutulan hədəfləri məhv etməyə imkan verən turboreaktiv mühərriklə təchiz olunub.

Hərbi paradda həmçinin SEPAH-ın tamamilə İran məhsulu olan "Cihad" adlı ən yeni uzaqmənzilli və dəqiq hücum ballistik raketi də nümayiş etdirilib.